Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində 1 nəfər yüngül xəsarətlər alıb.
“Report”un yerli bürosu xəbər verir ki, ona ilkin tibbi yardım göstərilib.
Binada baş vermiş yanğın artıq söndürülüb. Hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir.
10:32
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Diğomi massivində çoxmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, 7-ci mərtəbədə qeydə alınan partlayışdan sonra yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın artıq aradan qaldırılıb.
Partlayışın səbəbi və xəsarət alanların olub-olmadığı barədə məlumat hələ yoxdur.