Tbilisidə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-2

Tbilisidə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-2 Tbilisi. 16 yanvar. REPORT.AZ/ Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Region
17 Yanvar , 2019 00:30
Tbilisidə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-2

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə zamanı ağır xəsarət alan 4 yaşlı uşaq xəstəxanada keçinib.

Digər 7 yaralının həyatı üçün heç bir təhlükə yoxdur.


***22:10

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.


***21:15

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Didi Diğomi rayonunda yerləşən yaşayış binalarının birində partlayış baş verib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, partlayışa qaz sızması səbəb olub.

Nəticədə binada dağıntı baş verib, pəncərələr sınıb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürən və "təcili tibbi yardım" maşınları cəlb olunub.

Dağıntılar altında bir neçə şəxsin qaldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi