Gürcüstanın paytaxtı Tbilisidə Tevdore Mqvdeli küçəsində yerləşən yaşayış binalarının birində qaz sızmasının səbəb olduğu partlayış nəticəsində bir nəfər xəsarət alıb.
"Report"un yerli bürosu xəbər verir ki, qaz sızmasının səbəb olduğu partlayış binanın beşinci mərtəbəsində qeydə alınıb.
Partlayış həmin mərtəbədəki mənzildə dağıntılara səbəb olub. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Məlumata əsasən, həmin şəxsin 77 yaşı var. Onun yanıq xəsarətləri aldığı və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı istintaq başlanılıb.