Tbilisidə 2 fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb, daha 1-i xəsarət alıb - YENİLƏNİB

Tbilisidə 2 fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb, daha 1-i xəsarət alıb - YENİLƏNİB Tbilisinin Ortaçala rayonunda tikilməkdə olan binadan yıxılan fəhlələrdən biri də ölüb.
Region
16 Mart , 2019 18:48
Tbilisidə 2 fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb, daha 1-i xəsarət alıb - YENİLƏNİB

Tbilisinin Ortaçala rayonunda tikilməkdə olan binadan yıxılan fəhlələrdən biri də ölüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanaya yerləşdirilmiş digər fəhlə əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, tikilməkdə olan binadan yıxılan 3 fəhlədən 1-i yerindəcə ölüb


***17:21

Gürcüstanın paytaxtı Tbilisinin Ortaçala rayonunda tikilməkdə olan binadan 3 fəhlə yıxılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə 1 fəhlə hadisə yerində ölüb, 2-si müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alan fəhlələr xəstəxanaya yerləşdiriliblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı, tikinti işləri zamanı təhlükəsizlik normalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi