Tbilisidə terrorçularla qanun keşikçiləri arasında atışma olub

Tbilisidə terrorçularla qanun keşikçiləri arasında atışma olub Xüsusi əməliyyat başa çatıb, canilər saxlanılıb
Region
22 Noyabr , 2017 03:29
Tbilisidə terrorçularla qanun keşikçiləri arasında atışma olub

Bakı. 22 noyabr. REPORT.AZ/ Çərşənbə gününə keçən gecə Gürcüstanın paytaxtı Tbilisinin cənubunda terrorçuluqda şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Onun məlumatına görə, terror təşkilatları ilə əlaqədə ittiham olunan iki nəfər çoxmərtəbəli binalardan birində saxlanılan zaman atəş açıblar. Hadisə Tbilisinin İsan rayonunda qeydə alınıb.

Hazırda xüsusi əməliyyat başa çatıb, cinayətkarlar tutulub. Onların vətəndaşlığı açıqlanmır. Hüquq-mühafizə orqanları əməkdaşları arasında zərər çəkənlərin olub-olmadığına dair məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi