Tbilisidə silahlı şəxslər klinikanı qarət edib

Tbilisidə silahlı şəxslər klinikanı qarət edib Tbilisidə Dəniz Xəstəxanasına iki nəfər silahlı şəxs hücum edib.
Region
658
1 Dekabr , 2020 12:40
Tbilisidə silahlı şəxslər klinikanı qarət edib
0 : 00
0 : 00

Tbilisidə Dəniz Xəstəxanasına iki nəfər silahlı şəxs hücum edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə ötən gün baş verib.

Həmin şəxslər klinikaya daxil olmağa cəhd ediblər. Mühafizəçilər onların silahlı olduğunu görüb buna imkan verməyiblər. Nəticədə basqınçılar mühafizəçilərə atəş açıblar.

Binaya daxil olan silahlı şəxslərin xəstəxanadan 3 500 lari pul oğurladığı bildirilir.

İnsident zamanı xəsarət alan olmayıb.

Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi