Tbilisidə səfərdə olan İranın XİN başçısı gürcüstanlı həmkarı ilə telefonla danşıb

Tbilisidə səfərdə olan İranın XİN başçısı gürcüstanlı həmkarı ilə telefonla danşıb Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ölkədə səfərdə olan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığı aparıb.
Region
28 Yanvar , 2021 17:01
Tbilisidə səfərdə olan İranın XİN başçısı gürcüstanlı həmkarı ilə telefonla danşıb
David Zalkaliani və Məhəmməd Cavad Zərif

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ölkədə səfərdə olan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığı aparıb.

“Report”un yerli bürosu xəbər verir ki, İranın XİN başçısını Gürcüstanda salamlayan gürcü nazir sağlamlıq durumu səbəbindən həmkarını şəxsən qarşılaya bilməməsinə görə təəssüfünü bildirib.

Söhbət zamanı tərəflər səfərin iki ölkə arasındakı mehriban qonşuluq və dost münasibətlərinin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə ediblər.

M.C.Zərif gürcüstanlı həmkarına şəfa diləyib. XİN başçıları yaxın gələcəkdə görüşmək imkanının olacağına ümid etdiklərini vurğulayıblar.

Qeyd edək ki, D.Zalakaliani koronavirusa yoluxub. O, ev şəraitində müalicə olunur.

Son xəbərlər

Orphus sistemi