Tbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan var

Tbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan var Tbilisinin Saburtalo rayonunda yerləşən qazdoldurma məntəqələrinin birində güclü partlayış baş verib.
Region
167
1 İyun , 2020 22:50
Tbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan var

Tbilisinin Saburtalo rayonunda yerləşən qazdoldurma məntəqələrinin birində güclü partlayış baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, məntəqə ərazisində olan kafedə qeydə alınan partlayış yanğına səbəb olub.

Əraziyə beş yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi