Tbilisidə Qarabağ xalçaları sərgilənib

Tbilisidə Qarabağ xalçaları sərgilənib Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında Qarabağ xalçalarının sərgisi açılıb.
Region
7 Noyabr , 2021 16:49
Tbilisidə Qarabağ xalçaları sərgilənib

Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında Qarabağ xalçalarının sərgisi açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin ildönümünə həsr olunub.

Sərgidə şəxsi kolleksiyalarda saxlanılan Qarabağ xalça qrupuna aid 20-yə yaxın zərif və rəngarəng xalça nümayiş etdirilir. Ziyarətçilərə Xırdalan şəhər uşaq musiqi məktəbinin kollektivinin ifasında Qarabağı tərənnüm edən nəğmələr və xalq mahnıları da təqdim olunur.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Gürcüstan ictimaiyyətinin nümayəndələri, azərbaycanlı icmanın üzvləri iştirak edirlər.

Sərgi DİDK, Azərbaycanın Gürcüstandakı səfirliyi və digər qurumların dəstəyi ilə Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi