Tbilisidə onlarla aksiyaçı saxlanılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Tbilisidə onlarla aksiyaçı saxlanılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB Tbilisidə parlament binası ətrafında ötən gün saat 19:00-dan etibarən keçirilən aksiyanın dağıdılması zamanı 28 nəfər saxlanılıb.
Region
26 Noyabr , 2019 08:58
Tbilisidə onlarla aksiyaçı saxlanılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Tbilisidə parlament binası ətrafında ötən gün saat 19:00-dan etibarən keçirilən aksiyanın dağıdılması zamanı 28 nəfər saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər polisə tabe olmamaq və xırda xuliqanlıqda ittiham olunurlar.

Məlumata əsasən, aksiyanın dağıdılması zamanı üç nəfər xəsarət alıb ki, onlar da müvafiq tibbi yardım ilə təmin olunublar.

Xüsusi təyinatlılar aksiyanı saat 5:12-də su şırnağı maşınının tətbiqi ilə dağıtmağa başlayıb. Parlament binasına girişlər etirazçılardan təmizlənib.


***06:10

Gürcü polisi Tbilisidə parlamentin binası qarşısında toplaşmış mitinq iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib. 

"Report"un məlumatına görə, bu barədə "Reuters" bildirib.

"Yeni Gürcüstan" Partiyanın lideri Qeorqi Vaşadze bilddirib ki, polis tərəfindən bir neçə nəfər saxlanılıb. Onlar arasında müxalif siyasətçilər də var.

Qeyd edək ki, ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti kütləvi aksiya başlayıb. Gürcüstan müxalifətçiləri ilk öncə Birinci Respublika Meydanından parlamentin binasının qarşısına qədər yürüş edib. Gecə saatlarında aksiyaçılar qanunverici orqanın binası qarşısında çadırlar qurublar. Onlar bildiriblər ki, deputatların parlamentin bugünkü plenar iclasında iştirakına imkan verməyəcəklər. 

Aksiyaçıların tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir. 

Son xəbərlər

Orphus sistemi