Tbilisidə partlayış baş verib, 3 nəfər yaralanıb

Tbilisidə partlayış baş verib, 3 nəfər yaralanıb Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində yaxınlıqdakı binaya zərər dəyib
Region
16 Oktyabr , 2017 15:28
Tbilisidə partlayış baş verib, 3 nəfər yaralanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ətrafında yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında partlayış baş verib.

"Report" "Rustavi 2" telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində üç nəfər yaralanıb.

Telekanalın məlumatına görə, yaralıların hamısı klinikalara yerləşdirilib.

Hadisə yerində 5 xilasetmə qrupu işləyir. Partlayış nəticəsində yaxınlıqdakı binaya zərər dəyib. Yanğının qarşısı alınıb.

Hələlik partlayışın hansı səbəblərdən baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi