Tbilisidə Gürcüstanın Aİ-yə namizəd statusu alması ilə bağlı konsert keçirilir

Tbilisidə Gürcüstanın Aİ-yə namizəd statusu alması ilə bağlı konsert keçirilir Gürcüstanın paytaxtı Tbilisidə ölkənin Avropa İttifaqına namizəd statusu alması ilə bağlı konsert proqramı təşkil olunub. Tədbirə Baş nazir İrakli Qaribaşvilinin də qatılacağı və çıxışı gözlənilir.
Region
15 dekabr 2023 16:06
Tbilisidə Gürcüstanın Aİ-yə namizəd statusu alması ilə bağlı konsert keçirilir

Tbilisidə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusunu alması ilə bağlı izdihamlı mitinq və konsert proqramı təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə Tbilisinin Azadlıq meydanında keçirilən aksiyada minlərlə insan iştirak edib.

Tədbirdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.

Mərasimdə Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili, dövlət və hökumət üzvləri, parlamentin deputatları, siyasi partiyaların rəhbərləri və üzvləri ictimaiyyət nümayəndələri, Tbilisidəki diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Baş nazir İrakli Qaribaşvili çıxış edərək Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu almasını ölkəsinin diplomatik qələbəsi adlandırıb və bu münasibətlə əhalini təbrik edib.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski çıxış edərək gürcü xalqını təbrik edib. Ölkənin namizəd statusu almasını tarixi hadisə adlandırıb.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, dekabrın 14-də Aİ Şurası Gürcüstana namizəd ölkə statusu verib.

Son xəbərlər

Orphus sistemi