Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb - YENİLƏNİB

Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb - YENİLƏNİB Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb.
Region
292
22 İyun , 2019 20:04
Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb - YENİLƏNİB

Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, etirazçılar ilk növbədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

İştirakçıların növbəti tələbi iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması ilə bağlıdır.

Aksiyanın digər tələbi proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Son tələb iyunun 20-də aksiyada qarşıdurma zamanı saxlanılanların dərhal azad olunmasıdır. Tələblərin yerinə yetirilməsi üçün günün sonuna qədər vaxt verilib.

Aksiyaya müxalif siyasətçilər Gigi Uqulava, Giqa Bokeria və digərlərinin gəlməsi iştirakçılar arasında narazılıq yaradıb. Onların bəziləri aksiyanı tərk edib.


***19:25

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırda aksiya iştirakçıları parlamentin önünə toplaşır.

Aksiyada kütləviliyin azaldığı müşahidə olunur. Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. Üç gündür davam edən aksiyanın bugünkü tələbləri hələ açıqlanmayıb. Aksiyaya müxalif partiyaların nümayəndələri də qoşulub.

Ötəngünkü aksiyanın tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası və növbədənkənar parlament seçkiləri olub.

Son xəbərlər

Orphus sistemi