Bu ilin mart ayında Gürcüstanın paytaxtı Tbilisidə aylıq müqayisədə mənzillərin qiyməti artıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Galt & Taggart” konsaltinq şirkətinin şəhərin daşınmaz əmlak bazarına dair icmalında bildirilib.
Hesabat ayında yeni mənzillərin ABŞ dolları ilə qiymətində 1,0%, lari ilə qiymətində isə 3,8% artım qeydə alınıb. 2019-cu ilin mart ayı ilə müqayisədə isə mənzillərin qiyməti 5,4% ucuzlaşıb.
Martda köhnə mənzillərin ABŞ dolları ilə qiyməti 1,9%, lari ilə dəyəri isə 6% artıb. Tbilisi ətrafında mənzillərin qiyməti mərkəzi rayonlarla müqayisədə daha sabit qalıb.
Yeni və köhnə yaşayış sahələri seqmentində ən çox orta sahəyə (51-80 kvadrat metr) malik mənzillər alınıb.