Tbilisidə mənzildə qaz sızması olub, 7 nəfər ölüb - YENİLƏNİB

Tbilisidə mənzildə qaz sızması olub, 7 nəfər ölüb - YENİLƏNİB Tbilisi. 31 yanvar. REPORT.AZ/ Tbilisidə mənzildə qaz sızması nəticəsində ölən şəxslərin qohum olduqları müəyyən olunub.
Region
31 Yanvar , 2019 15:40
Tbilisidə mənzildə qaz sızması olub, 7 nəfər ölüb - YENİLƏNİB

Tbilisi. 31 yanvar. REPORT.AZ/ Tbilisidə mənzildə qaz sızması nəticəsində ölən şəxslərin qohum olduqları müəyyən olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onların arasında ata və oğul, həmçinin iki qardaş da var.

Ölən şəxslərin kimliyi barədə hələ məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi dəm qazından kütləvi zəhərələnmə faktı üzrə cinayət işi başlayıb, istintaq aparılır. 

Tbilisi şəhərini təbii qazla təmin edən şirkətdən bildirilib ki, bədbəxt hadisəyə səbəb olan su qızdırıcısına təbii qazın verilməsinin bu yaxınlarda qarşısı alınsa da, daha sonra sakinlər özbaşına olaraq qurğunu yenidən işə salıblar. 


*** 15:05

Gürcüstan paytaxtı Tbilisinin Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb.

Onlar bir otaqda yaşayırmışlar. Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar.

Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub.

Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi