Tbilisidə kütləvi aksiya keçirilir

Tbilisidə kütləvi aksiya keçirilir Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.
Region
20 iyun 2020 15:43
Tbilisidə kütləvi aksiya keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, "Birgə işğala qarşı" şüarlı mitinq 20 iyun 2019-cu il hadisələrinin ildönümünə həsr olunub.

Mitinqdə ictimai fəallar və müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Təşkilatçılar dezinfeksiyaedici vasitələr də gətiriblər. Tibbi maskada olan iştirakçılar arasında sosial məsafə də saxlanılır.

Aksiya səbəbindən Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi