Tbilisidə keçirilən etiraz aksiyasında qarşıdurma baş verib - YENİLƏNİB

Tbilisidə keçirilən etiraz aksiyasında qarşıdurma baş verib - YENİLƏNİB Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada gərginlik yaşanıb.
Region
136
26 Oktyabr , 2018 23:48
Tbilisidə keçirilən etiraz aksiyasında qarşıdurma baş verib - YENİLƏNİB

Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada gərginlik yaşanıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları çadır qurmağa cəhd ediblər.

Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb.

Aksiya iştirakçıları və polis arasında yaranmış qarşıdurma zamanı bir qadının halı pisləşib. Hadisə yerinə çağırılan "təcili yardım" maşını qadını xəstəxanaya çatdırıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən aksiyada baş vermiş insident zamanı saxlanılanların olmadığı bildirilib.


***22:25

Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında Zaza Saralidzenin azadlığa buraxılması tələbi ilə keçirilən aksiya davam edir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiyaya prezidentliyə iki namizəd də qoşulub.

“Güc birlikdədir” müxalif siyasi birliyinin namizədi Qriqol Vaşadze və Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.

Bundan əvvəl bir qrup vətəndaşın Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında aksiya keçirdiyi xəbər verilib.

Son xəbərlər

Orphus sistemi