Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb

Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb Bakı. 10 iyun. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb.
Region
10 İyun , 2018 21:08
Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" paytaxtın polis patrulunun rəhbəri Temur Kupatadzeyə istinadən məlumat yayıb.

O, bildirib ki, saxlanılanlardan biri sərxoş vəziyyətdə olub. Həmin şəxs aksiya iştirakçılarını təhqir edib.

Temur Kupatadzenin sözlərinə görə, saxlanılan ikinci şəxs aksiya iştirakçısıdır. Hər iki vətəndaş inzibati qayda pozuntusuna görə saxlanılıb. 

Polis rəhbəri əlavə edib ki, bəzi ictimai qruplar tərəfindən təxribatların hazırlandığı barədə informasiyalar var. Polis maksimum bu istiqamətdə səfərbər edilib. Hüquq-mühafizə orqanları aksiyada asayişi təmin edəcək.  

Qeyd edək ki, Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər. Aksiyada iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.

Mitinqə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.

Son xəbərlər

Orphus sistemi