Tbilisidə keçirilən aksiyada bir neçə tələbə saxlanılıb

Tbilisidə keçirilən aksiyada bir neçə tələbə saxlanılıb Aksiya zamanı polislə qarşıdurma yaranıb
Region
6 Aprel , 2018 21:58
Tbilisidə keçirilən aksiyada bir neçə tələbə saxlanılıb

Tbilisi. 6 aprel. REPORT.AZ/ Gürcüstanın müxtəlif ali məktəblərinin tələbələri "Auditoriya-115" təşkilatının dəstəyi ilə paytaxt Tbilisidə aksiya keçiriblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiya aprelin 5-də Mindeli şaxtasında baş vermiş qəzada həlak olanların və yaralananların ailələrinə dəstək məqsədilə təşkil olunub.

Tbilisi Dövlət Universitetinin qarşısından başlayan aksiya parlamentin binası önündə başa çatıb. Aksiyaçılar Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvilinin istefası, mədən işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, fəhlələrin təhlükəsizliyinin gücləndirilməsi kimi tələblər səsləndiriblər.

Tələbələr yolu bağlamağa cəhd ediblər. Bu zaman polislə qarşıdurma yaranıb və asayiş keşikçiləri bir neçə tələbəni saxlayıb.

Məlumat üçün qeyd edək ki, aprelin 5-də Gürcüstanın Tkibuli bölgəsindəki Mindeli mədənində qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Aprelin 6-da Gürcüstanda matəm elan olunub və dövlət bayraqları endirilib.

Son xəbərlər

Orphus sistemi