Tbilisidə Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Tbilisidə Heydər Əliyevin xatirəsi anılıb - FOTO Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Region
262
10 May , 2020 19:36
Tbilisidə Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

“Report”un yerli bürosu xəbər verir ki, öncə tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Dursun Həsənov çıxışında Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Səfirin sözlərinə görə, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Gürcüstanla münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib və irimiqyaslı regional enerji layihələrinin əsası qoyulub:


“Bu gün də hər iki ölkə və xalq həmin regional əhəmiyyətli layihələrin bəhrəsini görür. Gürcüstan Azərbaycan üçün strateji tərəfdaş olmaqla yanaşı, həm də yaxın dost ölkədir. Azərbaycan çətin zamanlarda qardaş Gürcüstana köməyini əsirgəməyib. Koronavirus pandemiyası dövründə də Azərbaycan gürcü xalqının yanındadır”.


D. Həsənov deyib ki, Ulu öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. O, Gürcüstanda yaşayan azərbaycanlıların da dahi şəxsiyyətin xatirəsini hər zaman dərin ehtiramla yad etdiyini qeyd edib. Tədbirdə Rusiyanın “NTV” kanalının 2000-ci ildə hazırladığı “Heydər Əliyevin bir günü” adlı verilişin videoyazısı nümayiş etdirilib.


Mərasimdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatı əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi