Tbilisidə hərbi şəhərcikdə qumbara partladan şəxs saxlanılıb

Tbilisidə hərbi şəhərcikdə qumbara partladan şəxs saxlanılıb Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladan şəxs saxlanılıb.
Region
10 İyul , 2019 17:33
Tbilisidə hərbi şəhərcikdə qumbara partladan şəxs saxlanılıb

Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladan şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1977-ci il təvəllüdlü şəxs münaqişədə olduğu şəxslərdən intiqam almaq məqsədilə yaşayış binasının yuxarı mərtəbəsindən RQD tipli qumbara atıb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb və onlar hazırda xəstəxanada müalicə olunurlar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin ağır qətl törətməyə cəhd etmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 16 ildən 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi