Tbilisidə həbsxanada Ukrayna vətəndaşının meyiti aşkarlanıb

Tbilisidə həbsxanada Ukrayna vətəndaşının meyiti aşkarlanıb Gürcüstanın paytaxtı Tbilisidəki 8 saylı Qldani həbsxanasında məhbus vəfat edib.
Region
24 Noyabr , 2021 15:54
Tbilisidə həbsxanada Ukrayna vətəndaşının meyiti aşkarlanıb

Gürcüstanın paytaxtı Tbilisidəki 8 saylı Qldani həbsxanasında məhbus vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxsin 32 yaşlı Ukrayna vətəndaşı Yeqor Qreqenko olduğu müəyyən edilib.

Onun vəkilinin sözlərinə görə, müdafiə etdiyi şəxs ölümündən öncə bir nəfərlik kameraya köçürülməsinin mümkünlüyü barədə maraqlanıb.

Ukrayna vətəndaşının meyiti ekspertizaya göndərilib.

Qldani həbsxanasında istintaq tədbirləri həyata keçirilir.

Y.Qreqenko son aylar ərzində Qldani türməsində həbs cəzası çəkib.

Son xəbərlər

Orphus sistemi