Tbilisidə Gürcüstanın dini müxtəlifliyini əks etdirən foto albom təqdim olunub

Tbilisidə Gürcüstanın dini müxtəlifliyini əks etdirən foto albom təqdim olunub Tbilisi. 7 fevral. REPORT.AZ/ Tbilisidə “Gürcüstanda dinlər” adlı gürcü və ingilis dillərində fotoalbomun təqdimat mərasimi keçirilib.
Region
7 Fevral , 2019 19:16
Tbilisidə Gürcüstanın dini müxtəlifliyini əks etdirən foto albom təqdim olunub

Tbilisi. 7 fevral. REPORT.AZ/ Tbilisidə “Gürcüstanda dinlər” adlı gürcü və ingilis dillərində fotoalbomun təqdimat mərasimi keçirilib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, albom Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin layihəsi əsasında hazırlanıb.

Təqdimat mərasimində çıxış edən Agentlik rəhbəri Zaza Vaşakmadze bildirib ki, fotoalbom Gürcüstanın etnik, dini müxtəlifliyini və cəmiyyətdəki tolerantlığı əks etdirir.

Albomda Gürcüstanda mövcud dini təşkilatlar və icmalar, dini abidələrə dair məlumat və dini liderlər haqqında bioqrafik materiallar yer alıb.

Nəşrdə ölkənin müsəlman icması, din xadimləri və məscidlər barədə də məlumat və fotoşəkillər yer alıb.

Fotoalboma həmçinin Gürcüstanın işğal altında olan ərazilərindəki dini abidələr haqqında da məlumatlar daxil edilib.

Mərasimdə parlament və hökumət üzvləri, beynəlxalq təşkilat və diplomatik korpusun nümayəndələri, dini təşkilatların rəhbərləri və digər qonaqlar iştirak ediblər. Tədbirə həmçinin Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov və idarənin müftisi Hacı Yasin Əliyev də qatılıb. 

Son xəbərlər

Orphus sistemi