Tbilisidə güclü yanğın baş verib - YENİLƏNİB

Tbilisidə güclü yanğın baş verib - YENİLƏNİB Hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb olunub
Region
12 fevral 2021 15:20
Tbilisidə güclü yanğın baş verib - YENİLƏNİB

Tbilisinin Aqladze küçəsində baş verən güclü yanğın lokallaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Məlumata əsasən, yanğın tikinti materialları anbarında baş verib. Hadisə yerinə 12 yanğınsöndürmə briqadası cəlb olunub. Alovun tam aradan qaldırılması üzrə tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbi hələ məlum deyil.

18:41

Tbilisinin Didube rayonunda tikinti materialları anbarında güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb olunub.

Anbarda taxta materiallar və boyalar saxlanılır.

İlkin məlumatlara əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi