Tbilisidə güclü yanğın baş verib - FOTO - VİDEO

Tbilisidə güclü yanğın baş verib - FOTO - VİDEO Əraziyə 18 yanğınsöndürən avtomobil və təcili tibbi yardım maşınları cəlb olunub
Region
21 Fevral , 2018 18:24
Tbilisidə güclü yanğın baş verib - FOTO - VİDEO

Video əlavə olunub


*** 17:12

Tbilisi. 21 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu hadisə yerindən xəbər verir ki, yanğın paytaxtın Eristavi küçəsində, “Didube” metro stansiyasının yaxınlığındakı Kirov adına zavodun anbarında qeydə alınıb.

Anbardakı yüngül sənaye, eləcə də plastik və sintetik mallar yanıb. Ətrafı qatı tüstü bürüyüb. 

Əraziyə 18 yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Yanğının başvermə səbəbi bilinmir.

Son xəbərlər

Orphus sistemi