Tbilisidə Gəncə terrorlarına etiraz bildirilir 

Tbilisidə Gəncə terrorlarına etiraz bildirilir  Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında azərbaycanlı icmasının üzvləri "Erməni terroruna son!" şüarlı aksiya keçirirlər.
Region
18 Oktyabr , 2020 13:02
Tbilisidə Gəncə terrorlarına etiraz bildirilir 
0 : 00
0 : 00

Tbilisidə Gəncə terrorlarının qurbanlarının xatirəsinə həsr olunan aksiya davam edir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiyaçılar terror aktları zamanı həlak olanların və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İştirakçılar Ermənistanın dinc insanlara qarşı terror, insanlığa sığmayan qanlı cinayətlərini kəskin şəkildə qınayıblar.

Aksiyada "Qarabağ Azərbaycandır!", "Yaşasın Azərbaycan!", "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Ermənistan terroruna yox!" şüarları səsləndirilir.

Gürcü tarixçi Quram Marxuliya çıxışında deyib ki, 30 ilə yaxındır dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmayıb: "Azərbaycan tarixi torpaqlarını erməni işğalından xilas edir, ərazi bütövlüyünü bərpa edir. Erməni silahlı birləşmələri döyüş meydanından uzaqda yerləşən Azərbaycan şəhərlərini, dinc sakinləri raket hücumlarına məruz qoyur. Bu onu göstərir ki, Ermənistan Azərbaycanın qüdrətli Ordusunun qarşısında müqavimət göstərmək qabiliyyətinə malik deyil. Dünya birliyi Ermənistanın müharibə cinayətlərini qınamalıdır".

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev Gəncədə baş verənləri bəşəriyyətə qarşı cinayət adlandırıb: "Bu terror aktları Ermənistanın faşist mahiyyətini bir daha sübut edir".

12:25

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında azərbaycanlı icmasının üzvləri "Erməni terroruna son!" şüarlı aksiya keçirirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyada Marneuli, Qardabani və digər bölgələrdən olan soydaşlarımız və Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Aksiyada Gəncə terrorlarının qurbanlarının xatirəsi anılır, şəhərə raket hücumlarının acı nəticələrini əks etdirən fotoşəkillər sərgilənir.

Son xəbərlər

Orphus sistemi