Tbilisidə eyvan uçub, 3-ü əcnəbi olmaqla 5 nəfər xəsarət alıb

Tbilisidə eyvan uçub, 3-ü əcnəbi olmaqla 5 nəfər xəsarət alıb Gürcüstanın paytaxtı Tbilisidə Nişnianidze küçəsində yerləşən yaşayış binasının ikinci mərtəbəsində eyvan uçub.
Region
16 avqust 2019 21:03
Tbilisidə eyvan uçub, 3-ü əcnəbi olmaqla 5 nəfər xəsarət alıb
Foto:Report.az

Gürcüstanın paytaxtı Tbilisidə Nişnianidze küçəsində yerləşən yaşayış binasının ikinci mərtəbəsində eyvan uçub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Bədbəxt hadisə zamanı həmin şəxslərin hamısı eyvanda olub. Hadisə yerinə cəlb olunan xilasedicilər xəsarət alan şəxsləri dağıntılar altından çıxarıblar. Onların hamısı yüngül xəsarətlər alıblar və xəstəxanaya çatdırılıblar.

Xəsarət alanların üçünün əcnəbi olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi