Tbilisidə etirazçılar və müxalifətin birgə aksiyası başlayıb - YENİLƏNİB

Tbilisidə etirazçılar və müxalifətin birgə aksiyası başlayıb - YENİLƏNİB Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir
Region
6 İyul , 2019 20:35
Tbilisidə etirazçılar və müxalifətin birgə aksiyası başlayıb - YENİLƏNİB

Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısından başlayan yürüşdə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunur.

Yürüşçülər fit çalaraq "Qaxaria get!" şüarını səsləndirirlər.

Yürüş hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına qədər davam edəcək.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və tərəfdatları da qoşulub.

Qeyd edək ki, ötən şənbə günü etirazçılar aksiyaların 10-cu günündə ilk “Azadlıq yürüşü”nü keçiriblər.


***19:56

Tbilisidə parlament binası qarşısında növbəti aksiya keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb edirlər.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və təfəfdarları da qoşulub.

Aksiya hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru "Azadlıq yürüşü" ilə davam etdiriləcək.

Sayca 17-ci olan aksiyada kütləvilik müşahidə olunur. Parlament binası qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Son xəbərlər

Orphus sistemi