Tbilisidə etirazçılar növbədənkənar parlament seçkiləri tələb edirlər - YENİLƏNİB

Tbilisidə etirazçılar növbədənkənar parlament seçkiləri tələb edirlər - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar quraşdırıblar.
Region
14 Noyabr , 2019 22:42
Tbilisidə etirazçılar növbədənkənar parlament seçkiləri tələb edirlər  - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar quraşdırıblar.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.

Tələbə əsasən, seçkilər keçid hökuməti altında təşkil olunmalıdır. 


***19:50

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasının əsas tələbi açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Askiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin ünvanına “Get!” şüarı da səsləndirirlər.

Analoji etiraz aksiyası Kutaisi şəhərində də keçirilir.

Qeyd edək ki, hakim partiyanın nümayəndələri ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna ediblər. Gürcüstanda parlament seçkiləri 2020-ci ilin oktyabrında keçiriləcək. 


*** 18:21

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar bağladıqları Rustaveli prospektinə taxta lövhələr gətiriblər.

Aksiyaçılar qanunverici orqanın bugünkü iclasında proporsional sestemə keçidlə bağlı qanun layihəsinin dəstəklənməməsinə etiraz edirlər.

Aksiya iştirakçıları taxta lövhələri yola düzərək oturaq aksiyanı davam etdirəcəklərini bildiriblər. Etirazçılara müxalifət partiyalarının liderləri və tərəfdarları da qoşulub. 


*** 15:20

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli prospektini bağlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, onlar oturaq aksiya keçirirlər.

Mərkəzi prospekt boyu avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Patrul polis əməkdaşları avtomobil yolunu açmağa çalışsalar da, aksiyaçılar buna etiraz edirlər.

Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Etirazçılar bildiriblər ki, onlar oturaq aksiya ilə dinc itaətsizlik nümayiş etdirirlər. 


*** 14:21

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasının üç giriş qapısını bloklayıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasıdır.

Aksiya təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib ki, deputatlara parlament binasını tərk etmələrinə imkan verilməyəcək: “Parlament üzvləri bu gün böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”.

Etirazçılar parlamentin binası qarşısında saat 19:00-da kütləvi aksiya təyin ediblər.

Qeyd edək ki, Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb.

Son xəbərlər

Orphus sistemi