Tbilisidə etiraz aksiyası bərpa olunub

Tbilisidə etiraz aksiyası bərpa olunub Mitinq artıq üçüncü gündür ki, davam edir
Region
2 İyun , 2018 19:27
Tbilisidə etiraz aksiyası bərpa olunub

Bakı. 2 iyun. REPORT.AZ/ Tbilisinin mərkəzində ötən ilin qışında yeniyetmələrin qətlə yetirilməsi işi ilə əlaqədar etiraz aksiyası keçirilir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, mitinq artıq üç gündür ki, davam edir.

Aksiyanın təşkilatçısı olan Zaza Saralidze iddia edir ki, oğlunun qatili tapılıb cəzalandırılmayana qədər aksiyanı davam etdirəcək və parlament binası qarşısında çadırda gecələyəcək. Təşkilatçı "hökumətin başda durduğu ədalətsizlik sistemini dağıtmağı" tələb edir. Mitinqçilər Nazirlər Kabinetinin istefaya getməsini tələb edirlər.

Parlament binasının yerləşdiyi Rustaveli prospektində bu dəfə nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Yağış yağması səbəbindən aksiyada hələ ki, bir neçə yük insan iştirak edir. Bunadək keçirilən aksiyalarda bir neçə min insan toplaşmışdı.

Son xəbərlər

Orphus sistemi