Tbilisidə əcnəbi qadın qətlə yetirilib

Tbilisidə əcnəbi qadın qətlə yetirilib Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə qətl hadisəsi törədilib.
Region
18 Oktyabr , 2021 12:51
Tbilisidə əcnəbi qadın qətlə yetirilib

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, naməlum kişi əcnəbi gənc qadını yaşadığı evin qarşısında odlu silahla öldürüb.

Şahidlərin sözlərinə görə, qadına yeddi dəfə atəş açılıb.

Hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.

“Mtavari arxi” telekanalı qətlə yetirilən şəxsin rusiyalı olması barədə məlumat yayıb.

Qadının yaşadığı evdə bir neçə ay öncə məskunlaşdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi