Tbilisidə Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi təqdim olunub - FOTO

Tbilisidə Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi təqdim olunub - FOTO Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi təqdim olunub.
Region
28 Sentyabr , 2019 20:31
Tbilisidə Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi təqdim olunub - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi təqdim olunub.

"Report"un yerli bürosu xəbər verir ki, xəritə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Cənubi Qafqaz üzrə “İnteqrasiya olunmuş biomüxtəlifliyin idarə edilməsi” layihəsi çərçivəsində “National Geographic Gürcüstan” jurnalı və Gürcüstan Milli Muzeyinin birgə əməkdaşlığı ilə hazırlanıb.

Simon Canaşia adına Gürcüstan Dövlət Muzeyində keçirilən təqdimat mərasimində bildirilib ki, ilkin mərhələdə xəritənin elektron versiyasına Cənubi Qafqazın, əsasən də Gürcüstanın biomüxtəlifliyini əsk etdirən 120 illüstrasiya daxil edilib. Çap versiyasında isə 98 növ canlı və onların hər biri haqqında məlumat yer alıb.

Elektron xəritədə Azərbaycanda məskunlaşan 4 canlıya aid illüstrasiya və onlar haqqında qısa məlumatlarla da tanış olmaq mümkündür.

Gələcəkdə xəritənin həm elektron, həm də çap versiyalarına Gürcüstana qonşu olan ölkələrin ərazisində yaşayan əlavə heyvan növlərinin də daxil edlməsi nəzərdə tutulub. Xəritənin kiçik ölçülərdə hazırlanaraq Gürcüstanın ictimai məktəblərinə paylanılması da planlaşdırılır.

Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsinin gürcü və ingilis dillərində www.map.natgeo.ge veb səhifəsi də hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi