Tbilisidə “Liberty Bank”ın Diğomi rayonunda yerləşən filialına silahlı basqın olub.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb.
Silahlı şəxs filialdan pul oğurlasa da, məbləğ barədə hələlik məlumat yoxdur.
Filialın ofisində ekspert-kriminalistlər işləyirlər.
Faktla bağlı istintaq başlanılıb. Basqın edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.