Tbilisidə banka basqın olub

Tbilisidə banka basqın olub Gürcüstanın paytaxtı Tbilisinin Avlabar rayonunda “Bank of Georgia”nın filiallarından birinə basqın edilib.
Region
23 Noyabr , 2021 16:04
Tbilisidə banka basqın olub

Gürcüstanın paytaxtı Tbilisinin Avlabar rayonunda “Bank of Georgia”nın filiallarından birinə basqın edilib.

“Report”un yerli bürosu xəbər verir ki, basqınçı bankı qarət etməyə çalışsa da, buna müvəffəq olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Qarətçinin artıq saxlanıldığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi üzrə istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi