Tbilisidə bank filialı son aylarda üçüncü dəfə qarət edilib

Tbilisidə bank filialı son aylarda üçüncü dəfə qarət edilib Bakı. 27 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin Qldani rayonunda yerləşən Liberti bankının filialı maskalı cinayətkar tərəfindən qarət edilib.
Region
27 Fevral , 2018 17:53
Tbilisidə bank filialı son aylarda üçüncü dəfə qarət edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin Qldani rayonunda yerləşən "Liberti" bankının filialı maskalı cinayətkar tərəfindən qarət edilib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hücum zamanı binada, təxminən, 20 ziyarətçi və bir neçə işçi olub. Soyğunçu tapança ilə hədə-qorxu gələrək pulları toplayıb və hadisə yerindən qaçaraq gizlənib.

Qeyd olunur ki, "Liberti" bankının bu filialı son bir neçə ay ərzində artıq üçüncü dəfədir soyğuna məruz qalır. Əvvəlki iki halda polis soyğunçuları ələ keçirə bilib. 

Son xəbərlər

Orphus sistemi