Vitse-mer: “Tbilisidə azərbaycanlıların adını daşıyan küçələrdəki lövhələrin yenilənməsi diqqətdə saxlanılacaq”

Vitse-mer: “Tbilisidə azərbaycanlıların adını daşıyan küçələrdəki lövhələrin yenilənməsi diqqətdə saxlanılacaq” “Tbilisi Meriyası şəhərdə azərbaycanlıların adlarını daşıyan küçələrdəki köhnəlmiş lövhələrin yenilənməsini diqqətdə saxlayacaq”.
Region
19 Mart , 2019 15:39
Vitse-mer: “Tbilisidə azərbaycanlıların adını daşıyan küçələrdəki lövhələrin yenilənməsi diqqətdə saxlanılacaq”

“Tbilisi Meriyası şəhərdə azərbaycanlıların adlarını daşıyan küçələrdəki köhnəlmiş lövhələrin yenilənməsini diqqətdə saxlayacaq”.

Bu barədə “Report”un Gürcüstan bürosuna açıqlamasında Tbilisinin vitse-meri İlya Eloşvili deyib.

Onun sözlərinə görə, Tbilisidə azərbaycanlıların adlarını daşıyan küçələrin olması qürurvericidir: “Azərbaycanlıların adlarını daşıyan küçələrdəki lövhələr həmin şəxsiyyətlərin adlarına layiq olacaq. Həmin küçələrin adlarının Tbilisinin tarixində bundan sonra da yaşadılması davam etdiriləcək”.

Qeyd edək ki, Tbilisidə Mirzə Fətəli Axundovun adını daşıyan küçədə lövhələr köhnəlib, Mirzə Şəfi Vazeh, İbrahim İsfahanlı və Nizami Gəncəvi küçələrində isə lövhələr, ümumiyyətlə, yoxdur. Əhməd Cavad küçəsindəki lövhələrdə isə şairin soyadı ingilis dilində Cavadan (Djavadan) olaraq səhv göstərilib.

Son xəbərlər

Orphus sistemi