Tbilisidə Azərbaycanın Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” turniri keçiriləcək

Tbilisidə Azərbaycanın Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” turniri keçiriləcək Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini futbol turniri keçiriləcək.
Region
120
22 Oktyabr , 2021 16:25
Tbilisidə Azərbaycanın Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” turniri keçiriləcək
0 : 00
0 : 00

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini futbol turniri keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, turnirə sabah Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin həvəskar komandalarının oyunu ilə start veriləcək.

Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkil etdiyi yarışa bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin komandaları da qatılacaqlar. Oyunlar azərkeşlərin iştirakı ilə keçiriləcək.

Turnirin qalibi noyabrın 8-də məlum olacaq. Qalib komandaya “Zəfər kuboku”, finala yüksələn hər iki komandaya isə medal və sertifikatlar təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi