Tbilisidə "Avropa günü" qeyd olunub - FOTO

Tbilisidə "Avropa günü" qeyd olunub - FOTO Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa günü keçirilib.
Region
5 May , 2019 14:58
Tbilisidə Avropa günü qeyd olunub - FOTO
Foto: "Report"

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Avropa günü" keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, şəhərin mərkəzi Rike parkında "Avropa kəndi" yaradılıb.

Yeddinci dəfədir keçirilən ənənəvi “Avropa günü” çərçivəsində müxtəlif məlumatlandırıcı və əyləncəli tədbirlər təşkil edilib.

Əvvəlki “Avropa günü”ndən fərqli olaraq builki tədbir geniş miqyaslılığı ilə fərqlənib. Tədbirdə Avropa İttifaqına (Aİ) üzv ölkələrin Gürcstandakı səfirlikləri öz guşələri ilə təmsil olunublar. Şəhər sakinləri və qonaqlara Aİ-nin proqramları, Gürcüstan vətəndaşlarına təqdim etdiyi imkanlar barədə məlumatlar verilib.

“Avropa günü” çərçivəsində müxtəlif musiqili proqramlar, oyunlar, teatr tamaşaları, idman yarışları və konsert proqramı təşkil edilib. İştirakçılar Avropa ölkələrinin mətbəx nümunələri ilə də tanış ola biliblər.

Son xəbərlər

Orphus sistemi