Tbilisidə ata-anasını amansızcasına qətlə yetirib yanğın törədən gənc saxlanılıb

Tbilisidə ata-anasını amansızcasına qətlə yetirib yanğın törədən gənc saxlanılıb Tbilisidə ata-anasını qəsdən öldürməkdə ittiham olunan 1992-ci il təvəllüdlü şəxs saxlanılıb.
Region
28 Aprel , 2022 12:00
Tbilisidə ata-anasını amansızcasına qətlə yetirib yanğın törədən gənc saxlanılıb

Tbilisidə ata-anasını qəsdən öldürməkdə ittiham olunan 1992-ci il təvəllüdlü şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, ötən gün Tbilisinin Vazisubani rayonunun 4-cü mikrorayonunda mənzillərdən birində yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə gedən xilasedicilər mənzilin qapısının içəridən bağlı olduğunu aşkarlayıblar. Mənzildə yanğın söndürüləndən sonra 1964-cü il təvəllüdlü Z.B. və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü L.T. adlı şəxsin meyitləri aşkar olunub. Onların başlarında güllə yaralarının olduğu müəyyən edilib.

İstintaqla müəyyən olunub ki, 29 yaşlı gənc valideynlərini yatan yerdə qətlə yetirib.

Həmin şəxs daha sonra cinayətin üstünü ört-basdır etmək məqsədilə şkafdan paltar və müxtəlif əşyaları çıxarıb, valideynlərinə məxsus pulu və qızıl əşyaları tapıb, sonra isə mənzildə qəsdən yanğın törədərək hadisə yerindən qaçıb.

Fakt üzrə istintaq tədbirləri davam etdirilir. Ata-anasını qətlə yetirən şəxsin günahı sübuta yetirilərsə, onu 16 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi