Tbilisidə antiterror əməliyyatı zamanı saxlanılan şəxsin kimliyi məlum olub

Tbilisidə antiterror əməliyyatı zamanı saxlanılan şəxsin kimliyi məlum olub Bu, Rusiya vətəndaşı olan, çeçen Suxo Dudayevdir
Region
24 Noyabr , 2017 21:58
Tbilisidə antiterror əməliyyatı zamanı saxlanılan şəxsin kimliyi məlum olub

Tbilisi. 24 noyabr. REPORT.AZ/ Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı ələ keçirilən terrorçu ilkin məlumatlara görə, Rusiya vətəndaşı olan, çeçen Suxo Dudayevdir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan radiosu (Pirveli radio) xəbər yayıb.

Radionun məlumatında deyilir ki, bu gün məhkəmənin hökmü ilə terrorçu qruplaşma ilə əlaqəli olmaqda şübhəli bilinən S.Dudayev haqqında həbs qətimkan tədbiri seçilib. Müttəhimin şəxsi xahişinə əsasən, adı və soyadı tam açıqlanmasa da onun məhz Suxo Dudayev olduğu bildirilir.

Məlumatda o da qeyd olunur ki, xüsusi əməliyyat zamanı “təkəlli Əhməd” ləqəbli Axmed Çatayev qətlə yetirilib. Suxo Dudayev Çatayevin mühafizəçisi olub.

S.Dudayev həmçinin 2012-ci ildə Gürcüstanın Lapankurski dərəsində həyata keçirilən əməliyyatlarda da iştirak edib.

Son xəbərlər

Orphus sistemi