Tbilisidə aksiyanın təşkilatçısı: "Dövlət təhlükəsizlik Xidməti məni oğurlayıb öldürmək istəyirdi"

Tbilisidə aksiyanın təşkilatçısı: "Dövlət təhlükəsizlik Xidməti məni oğurlayıb öldürmək istəyirdi" Bakı. 2 iyun. REPORT.AZ/ “Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları məni oğurlayıb öldürmək istəyirdi”.
Region
2 İyun , 2018 12:26
Tbilisidə aksiyanın təşkilatçısı: Dövlət təhlükəsizlik Xidməti məni oğurlayıb öldürmək istəyirdi
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ “Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları məni oğurlayıb öldürmək istəyirdi”.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Tbilisidə keçirilən “Məni öldürmə!” etiraz aksiyasının təşkilatçısı Zaza Saralidze bildirib.

“Dövlət Təhlükəsizlik Xidməti məni indi oğurlamaq istəyirdi. Dostlarım olmasaydı, mən artıq burada olmazdım... Onlar artıq son tədbirə əl atıblar. Məni məhv etmək qərarına gəliblər”, - deyə Zaza Saralidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə mitinqlər iyunun 2-də saat 18:00-da yenidən başlayacaq. Zaza Saralidze bildirib ki, o tələbləri tam yerinə yetirilənədək aksiyanı davam etdirəcək. İyunun 1-də saat 16:00-da başlayan aksiya iyunun 2-də səhərə yaxın başa çatsa da, Z.Saralidze çadırda qalıb.

Bu gün mitinqə daha çox insanın toplaşacağı bildirilir. Dünənki aksiyada 6 minə yaxın insan iştirak edib. Polis əraziyə nəzarəti gücləndirib.

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Zaal Qudumaşvili bildirib ki, heç bir siyasi məqsəd güdmədən müxalifət partiyaları və qeyri-hökumət təşkilatları da mitinqə qoşulacaqlar: “Biz ədalət bərpa olunanadək Zaza Saralidzeyə və digər ailələrə dəstək verəcəyik”.

Son xəbərlər

Orphus sistemi