Tbilisidə 21 nəfərin ölümünə səbəb olan faciədən 4 il ötür

Tbilisidə 21 nəfərin ölümünə səbəb olan faciədən 4 il ötür Gürcüstanın paytaxtı Tbilisidə 21 nəfərin ölümü ilə nəticələnmiş faciənin 4-cü ildönümüdür.
Region
13 İyun , 2019 10:51
Tbilisidə 21 nəfərin ölümünə səbəb olan faciədən 4 il ötür

Gürcüstanın paytaxtı Tbilisidə 21 nəfərin ölümü ilə nəticələnmiş faciənin 4-cü ildönümüdür.

“Report”un Gürcüstan bürosu xatırladır ki, 2015-ci ilin iyunun 13-dən 14-ə keçən gecə aramsız yağışlar Vera çayının məcrasından çıxması və Tbilisidə güclü selə səbəb olub.

Təbii fəlakət nəticəsində yaşayış evləri, zoopark və itlər üçün özəl sığınacaq, “Mziuri” parkını su basıb. Daşqın Tbilisidə infrastruktura, evlərə, yollara, körpü və tunellərə, kommunikasiya sisteminə, 200-dən çox ailəyə ciddi ziyan vurub. Zooparkı su basdığından orada saxlanılan heyvanlar şəhərin küçələrinə qaçıb.

Hadisə nəticəsində itkin düşən iki nəfəri tapmaq mümkün olmayıb. 

Selin Gürcüstan paytaxtına vurduğu ziyanın məbləği 90 mln. dollar təşkil edib.

Tbilisidə daşqın qurbanlarının xatirəsinə simvolik memorial qoyulub. Bu gün Tbilisi meri Kaxa Kaladze və şəhər sakinləri faciə qurbanlarının xatirəsini yad etmək üçün xatirə memorialını ziyarət edərək önünə əklil və gül dəstələri qoyacaqlar. 

Son xəbərlər

Orphus sistemi