Bakı. 20 iyun. REPORT.AZ/ Qori yaxınlığında yerləşən Reha kəndinin mərkəzində yerli əhali böyük heyvana məxsus qeyri-adi ləpirlər aşkar edib və bu barədə fövqəladə hallar xidmətinə məlumat veriblər. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.
Şəhər ətrafındakı kəndin ərazisinə yerli xilasetmə xidmətinin qüvvələri və hüquq-mühafizə orqanları səfərbər edilib.
Xatırladaq ki, zooparkdan qaçan heyvanların axtarışını həyata keçirmək məqsədilə peşəkar ovçulardan ibarət xüsusi dəstə yaradılıb.