Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Tbilisinin əsas simvollarından biri olan televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Region
5888
18 Oktyabr , 2020 18:24
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Tbilisi meriyasından bildirilib ki, bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir: "Tbilisi teleqülləsi ənənəvi olaraq dost və tərəfdaş ölkələrin müstəqillik və ya digər əlamətdar günləri münasibətilə həmin ölkələrin bayraqlarının rəngləri ilə işıqlandırılır".

Son xəbərlər

Orphus sistemi