Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədrinə fikizi zor tətbiq edən müxalifət lideri həbs edilib

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədrinə fikizi zor tətbiq edən müxalifət lideri həbs edilib Tbilisi məhkəməsi müxalif “Güclü Gürcüstan” partiyasının lideri Aleko Elisaşvili barədə həbs qərarı verib.
Region
6 Dekabr , 2024 17:58
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədrinə fikizi zor tətbiq edən müxalifət lideri həbs edilib

Tbilisi məhkəməsi müxalif “Güclü Gürcüstan” partiyasının lideri Aleko Elisaşvili barədə həbs qərarı verib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorun versiyasına görə, o, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevi siyasi fəaliyyəti ilə bağlı həm sözlü, həm də fiziki olaraq təhqir edib.

Prokuror Elisaşvilinin azadlığa buraxıldığı təqdirdə yenidən cinayət törədə və şahidlərə təsir edə biləcəyini istisna etməyib.

Həbs olunan şəxsin vəkili isə iddia edib ki, əslində, Əli Babayev Elisaşvilini siyasi motivlərlə təhqir edib və onu dəmir çubuqla vurmağa cəhd edib.

Son xəbərlər

Orphus sistemi