Tbilisi dünyanın yeni kitab paytaxtı elan olunub

Tbilisi dünyanın yeni kitab paytaxtı elan olunub Gürcüstanın paytaxtı Tbilisi şəhəri bu gündən “Dünya kitab paytaxtı” elan olunub
Region
146
23 Aprel , 2021 11:09
Tbilisi dünyanın yeni kitab paytaxtı elan olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhəri bu gündən “Dünya kitab paytaxtı” elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, şəhər bir il ərzində UNESCO-nun layihəsinə ev sahibliyi edəcək.

Tbilisi bu statusu Malayziyanın paytaxtı Kuala-Lumpurdan təhvil alacaq.

“Dünya kitab paytaxtı” elan olunan şəhərlərdə mütaliənin populyarlaşdırılması və bütün sosial təbəqələr üçün kitabların əlçatanlıq səviyyəsinin artırılması üçün müxtəlif tədbirlər keçirilir.

Qeyd edək ki, “Dünya kitab paytaxtı” layihəsi 2001-ci ildə təsis olunub. Bu statusu ilk olaraq Madrid şəhəri daşıyıb.

Son xəbərlər

Orphus sistemi