Tbilisi Dövlət Universitetinin azərbaycanlı tələbələrinə hüquq elmindən təlim keçirilib

Tbilisi Dövlət Universitetinin azərbaycanlı tələbələrinə hüquq elmindən təlim keçirilib Onlara sosial, cinayət, seçki və bərabərlik hüquqları barədə məlumatlar verilir
Region
7 Dekabr , 2016 19:00
Tbilisi Dövlət Universitetinin azərbaycanlı tələbələrinə hüquq elmindən təlim keçirilib

Tbilisi. 6 dekabr. REPORT.AZ/ İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) azərbaycanlı tələbələr üçün “Hüquqi maarifləndirmə” təlim kursu keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının (GAHA) təsisçisi, hüquq elmləri magistri Əli Bədirov tələbələrə Gürcüstan Konstitusiyası, Azərbaycan, Gürcüstan, Rusiya və ABŞ-ın seçki sistemləri, oxşar və fərqli cəhətlər barədə ətraflı məlumat verib, proporsional və majoritar seçki sistemləri barədə danışılıb. Gürcüstanda milli azlıqların hüquqları, qaçqınların və məcburi köçkünlərin problemlərinin hüquqi həlli yolları, seçkilərdə iştirakı, dövlət orqanlarında təmsilçilik hüquqları barədə tələbələrin sualları cavablandırlıb.

Təlimdə azərbaycanlılarla yanaşı, gürcü, rus və digər millətlərdən olan tələbələr də iştirak ediblər.

Əli Bədirov jurnalistlərə deyib ki, TDU-nin gürcü dili hazırlığı kursunun tələbələrinin təşəbbüsü ilə keçirilən təlimin məqsədi onların hüquqi biliklərini artırmaqdır: "Bu təlimlərdə tələbələrə sosial, cinayət, seçki və bərabərlik hüquqları barədə məlumatlar veriləcək. Bu cür təlimlər davamlı olacaq və digər ali təhsil ocaqlarında da təşkil olunacaq".

Son xəbərlər

Orphus sistemi