Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yayıb

Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yayıb Bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib
Region
2 Mart , 2021 23:40
Tbilisi aeroportu Bakıya reyslərlə bağlı məlumat yayıb

İlki xəbər saat 18:40-da verilib

Bakı-Tbilisi-Bakı istiqaməti üzə reyslər martın 21-dən yerinə yetiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.

Məlumata əsasən, oktyabrın 30-dək AZAL aviaşirkəti həftədə 4 dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, ötən gün "Buta Airways" şirkətindən Tbilisiyə və əks istiqamətdə xüsusi reyslərin martın 19-dan həftədə 3 dəfə həyata keçiriləcəyi bildirilib.

***

Tbilisi beynəxalq hava limanı Bakı və əks istiqamətdə həyata keçiriləcək reyslərlə bağlı yaydığı məlumata düzəliş edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aeroportdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslərin martın 19-dan etibarən yerinə yetiriləcəyi bildirilib.

Uçuşların “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti tərəfindən oktyabrın 30-na qədər həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcəyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi