Bakı. 23 may. REPORT.AZ/ Ankara Ağır Cinayətlər Məhkəməsi Türkiyənin keçmiş baş naziri Tansu Çillərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.
“Report” "Haber7"yə istinadən xəbər ki, o, 1997-ci il fevralın 28-də dövlət çevirilişinə cəhd məsələsi üzrə dindiriləcək.
Sabiq baş nazirin şahid qismində ifadə verəcəyi məhkəmə prosesi iyulun 18-ə təyin olunub.
Qeyd edək ki, 1997-ci ildə Nəcməddin Ərbakan Türkiyənin baş naziri, Tansu Çillər isə xarici işlər naziri olub.