"Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu dünyada dayanıqlı sülhü bərqərar etmək üçün önəmli fürsətdir”.
“Report”un Türkiyə bürosunun məlumatına görə, bunu Antalya Diplomatiya Forumunda iştirak edən “Taliban” hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki jurnalistlərə açıqlamasında bildirib.
“Əfqanıstandakı yeni “Taliban” hökuməti hesab edir ki, regionda və dünyada sülhün təmin edilməsi üçün hər bir ölkə öz iradəsini ortaya qoymalı, əməkdaşlığa açıq olmalıdır", - deyə o vurğulayıb.